Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


03.04.2020  14:37 

“Xəbərdarlıq alan şəxs təkrar icazəsiz çölə çıxsa, həbs ediləcək”





A+  A-

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 5-dən adı xüsusi siyahıda olmayan vətəndaşlar evdən çıxmaq üçün öncədən icazə almalı olacaqlar.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev İTV-də çıxışında bildirib ki, karantin qaydalarının pozulmasına görə dünəndən bəri 10 nəfər həbs edilib, 3566 nəfər cərimələnib:

“Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər həbs olunur.

İcazə almadan və icazəni təsdiqləmədən evdən çıxan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Dünən məsuliyyətə cəlb olunan 3566 nəfərdən hər hansı biri təkrar eyni xətanı törətsə, yəni icazə almadan evdən çıxarsa, artıq onu inzibati həbs gözləyir. Həmin şəxslər cərimə olunmayacaq, həbs olunacaq.

İcazə alınmadan çıxmaq üçün nəzərdə tutulan hallarla bağlı vətəndaşların əlində sənəd olmalıdır. Kimsə evdən çıxıb “məni polisə çağırıblar” deyib gedə bilməz. Mütləq çağırış sənədi göstərməlidir”.

Xəbər 2009 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +