Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava


26.10.2017  17:11 

Evlərdən oğurluqlar edən dəstə saxlanılıb





A+  A-

Masallı şəhərində yaşayan bir qadın rayon Polis Şöbəsinə evindən oğurluq olması barədə müraciət edib. O, ərizəsində sentyabrın 29-da evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən xəbərə görə, həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Elmar Xəlilov, Cavad Mirzəyev və Orxan Məmmədov olduqları məlum olub.

Onlar həmin mənzillərdə heç kimin yaşamadığını bildiklərindən evlərə oğurluq məqsədilə girdiklərini etiraf ediblər.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Xəbər 1793 dəfə oxunub.



02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +