Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


06.10.2022  14:16 

Tıxacdan necə qurtulmalı?





A+  A-

Bakı tıxacından qismən qurtulmaq və ictimai nəqliyyatda sərnişin sıxlığını azaltmaq üçün məncə aşağıda qeyd etdiyim müəssisələrdə iş bu saatlarda başlaya bilər:

1. Universitetlər, kolleclər və peşə məktəbləri saat 10:00

2. Banklar, sığorta şirkətləri və bənzər fəaliyyət sahələr saat-10:00, və yaxud daha gec.
Universitetlər, kolleclər, peşə məktəblərinin 90%-i Bakıda yerləşdiyi üçün ictimai və şəxsi nəqliyyatdan istifadə edənlər arasında tələbələr və müəllimlər mütləq çoxluq təşkil edir. Bu böyük kontingent 1 saat gec şəhərə çıxarsa, nəticəsi nəzərəçarpacaq dərəcədə müsbət olacaq.

Banklar, sığorta şirkətləri və bənzər fəsliyyət sahələrinin də səhər saat 09:00 işə başlaması o qədər də faydalı deyil. Həftəiçi, iş günləri, səhər 09:00-da bankda gedən müştəri demək olar ki, görməmişəm. O vaxt hamı öz işində olur.

Deməli, banklar və bənzər qurumlar saat 10:00-da, hətta daha gec açılsalar heç nə itirməzlər. Əksinə, indi çox adam işdən çıxanda, yəni saat 18:00-da artıq bütün banklar qapalı olur və çalışan insanlar həftəiçi bankların xidmətindən istifadə edə bilmir. Belə, nəqliyyat sahəsinə rəhbərlik edən cənablar, bəlkə tətbiq edək?

Nəticədə, şəhərdə olan tıxaclar təxminən 40% azala bilər. Bununla, insanların evdən çıxıb işə getmə saatlarını müxtəlif vaxtlara bölmüş olarıq.

Azər Cabbarov

Xəbər 7282 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +