Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


12.10.2021  12:34 

Deputat nazirləri “topa tutdu”: “Nə deyirik, tərsinə edirsiniz!”





A+  A-

Deputat Tahir Kərimli parlamentdə çıxışı zamanı hökumətin iştirakı ilə büdcə müzakirələrinin olacağını xatırladıb.

XezerNews.az xəbər verir ki, deputat hökumət üzvlərini bəzi məsələlərlə bağlı tənqid edib:

"Hökumət üzvləri iclasda iştirak edərkən çıxışlara, qaldırılan problemlərə ənənəvi biganəlik göstərəcəklər. Hərdən hökumət üzvləri başını qaldırıb sağa baxacaq, sanki Tahir Kərimlini növbəti dəfə “QAİ” saxlayıb. Səhiyyədən danışacağıq, səhiyyə naziri cavab verməyəcək, təhsildən danışacağıq, təhsil naziri cavab verməyəcək. Balam, prezident səni vəzifəyə qoyub, üzərinə düşənləri et, islahatlar keçir! Sənə deməyib ki, get, 190 min ailənin pensiyasını kəs! Nə vaxta kimi prezidentin arxasında gizlənəcəksiniz, nə vaxta kimi xalqdan qaçacaqsınız?!”.

T.Kərimli hökumət üzvlərinin qaldırılan məsələlərin əksini etdiyini də vurğulayıb:

“Təklif edirəm ki, uşaqpulu verilsin, əksinə çıxırlar. Deyirik ki, benzinin qiymətini aşağı salın, əksinə, qaldırırlar. Pensiyanı artırmağı təklif edirik, məhəl qoymurlar. Tarif Şurası yaradıb, onun arxasında gizlənirsiniz. Nə deyirik, tərsinə edirsiniz. Onsuz da biz deyəni etmirsiniz, bizi saymırsınız! O boyda Qarabağın bərpası məsələsini qoymuşuq, Türkiyədən başqa investisiya qoyan yoxdur. Bir dənə istehsal sahələri qurmursunuz.

Camaata deməyə sözümüz yoxdur. Biz 50 manat verib, bir çaynik çay içirik, rayonda isə 9-10 kişi toplaşır ki, 10-20 qəpikdən “sobrazim” edib, 1 çaynik çay içsinlər!”

Xəbər 1635 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +