Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski
Həmin sosiska Azərbaycana gətirilib? — AQTA-dan Rəsmi açıqlama
Əhali ən çox nələrə pul xərcləyir? – Siyahı
Hakan Fidan NATO-nun Baş katibi ilə danışıb
İsrail Suriyaya zərbə endirdi - Ölən var
Mirzoyan Fransaya səfər edəcək
Yəməndə terror aktı: Məscid partladıldı, ölənlər var
Allahşükür Paşazadəyə ağır itki üz verib-FOTO
Ukraynada qadınlar da orduya çağrıla bilər


08.01.2018  16:11 

Yol polisindən sürcülərə XƏBƏRDARLIQ





A+  A-

Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib.
XəzərNews.az-ın xəbərinə görə, müraciətdə bildirilib ki, son vaxtlar ayrı-ayrı internet saytlarında, sosial şəbəkələrdə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada tərtib edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinin banklarda qəbul edilməməsi, yaxud müxtəlif vaxtlarda törədilən qayda pozuntularına görə bir neçə protokol üzrə qərarların bir gündə çıxarılması səbəbindən ödənişdə çətinliklərlə üzləşmələri barədə bəzi sürücülər tərəfindən müxtəlif fikirlər səslənir.
Bununla əlaqədar DİN Baş DYP İdarəsi bir daha nəqliyyat vasitəsi sahiblərinin diqqətinə çatdırır ki, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyatından, həmçinin təkrar dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları bir gün ərzində yeniləməlidirlər: “Əfsuslar olsun ki, bəzi hüquqi və fiziki şəxslər həmin məlumatları vaxtında yeniləmədikləri üçün barələrində elektron qaydada tərtib edilmiş sənədlərin poçt tərəfindən rəsmi qaydada ünvana çatdırılması və həmin protokollar üzrə qərarların çıxarılması mümkün olmur. Belə protokollar yalnız nəqliyyat vasitələri istifadə olunan zaman saxlanıldıqda müvafiq sənədlər rəsmi qaydada sürücülərə təqdim edilir və həmin sənədlər eyni vaxtda verildiyi üçün eyni gündə də qərarlar qəbul edilir. Aydın məsələdir ki, bu halda da daha çox qayda pozmuş şəxs eyni vaxtda daha çox məbləğdə cərimə ödəməli olur.

Qeyd olunan, eləcə də nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədlərin təqdim olunması zaman əlavə vaxt itkisinə yol verilməsi hallarının qarşısının alınması məqsədilə avtomobil sahiblərindən xahiş olunur ki, yuxarıda sadalanan məlumatlar dəyişdiyi vaxtdan bir gün ərzində poçt vasitəsilə ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə, yaxud Baş DYP idarəsinin www.dyp.gov.az internet saytının “Online müraciət” səhifəsi vasitəsilə həmin məlumatların yenilənməsi barədə müraciət etsinlər”.

Xəbər 1725 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?

08.06.2025  17:03 

Sabahın hava necə olacaq?

08.06.2025  03:34 

Maliyyə naziri Maska hücum edib


BÜTÜN XƏBƏRLƏR +