Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


11.04.2024  17:22 

Azərbaycanlı gənc “Forbes”in siyahısında yer alıb





A+  A-

Azərbaycanlı gənc Günay İmanzadə dünyaca məşhur biznes jurnalı olan “Forbes”in siyahısında yer alıb.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, G.İmanzadə minlərlə şəxsin arasından seçilərək jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb.

Qeyd edək ki, G.İmanzadə İsveçrənin Federal Texnologiya Universiteti, magistridir.

2013-2017-ci illərdə Bakı Dövlət Universiteti, Sabah qrupları, Kimya (ingilis bölməsi), bakalavr pilləsini bitirib.

2022-ci ildə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin İKT sahibkarı” nominasiyasının qalibi olub.

“Enthouse” layihəsinin həmmüəllifidir.

Teknofest Türkiyə yarışması zamanı layihəsi maraqla qarşılanıb və bir çox sürətləndirmə proqramı ilə Türkiyə bazarına çıxış təklifi alıb.

Teknofest Azərbaycan yarışmasında C kateqoriyası üzrə 1-ci yeri tutub və hər iki ölkə başçısı İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Nobel Laureatçısı Əziz Səncər tərəfindən medal və pul mükafatı ilə şəxsən təltif olunub.

Metatesk startapının təsisçisidir. Startap “ABB Startup Hackathon”un qalibi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin kəşfi” nominasiyasının finalçısı, “Microsoft for Startups” proqramının üzvü, “Google for Startups” akselerasiya proqramının iştirakçısıdır.

Roblox şirkəti ilə təhsil sahəsində əməkdaşlıq edir.

2018-ci İsveçrənin Federal Texnologiya Universitetində çalışıb.

Çində Beynəlxalq məktəbdə Elm istiqaməti üzrə tədris aparıb.

“Enthouse” layihəsi balıq və bitkilərin eyni anda hava, su və torpaqdan asılı olmayaraq istehsalına şərait yaratmaqdan əlavə onlar haqqında bütün məlumatların ağıllı idarə olunmasına və ən əsası təhlükəsizliyinə zəmanət verir.

Metatesk startapı tədris və öyrənmə prosesini növbəti pilləyə qaldıraraq virtual reallıq (VR) texnologiyasının köməyi ilə metadünyalarda təhsil istiqaməti ilə bağlıdır.

Xəbər 3800 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +