İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


25.09.2025  11:00 

Rusiyalı bloger Gürcüstana buraxılmadı





A+  A-

Amerika əsilli rusiyalı bloger Patrik Lankasterin Gürcüstana girişinə icazə verilməyib.

XəzərNews.az xəbər verir ki, o, Rusiyadan quru sərhədi ilə daxil olmaq istəyib. Bu barədə “RİA Novosti”yə bloger özü məlumat verib.

"Mənə Gürcüstana giriş icazəsi verilmədi. Rəsmi olaraq. Onların qərarını 4 saat gözlədik, lakin onlar imtina etdilər. Bizə heç bir səbəb göstərmədilər, amma aydındır ki, bu, söz və mətbuat azadlığının pozulmasıdır. Jurnalist kimi işlədiyim üçün ölkəyə buraxılmadım", - Lankaster deyib.

O bildirib ki, Rusiya-Gürcüstan sərhədinə reportajında ​​ona kömək edən həyat yoldaşı Nadejda ilə gəlib. Məqsədləri Gürcüstan və Ermənistandakı vəziyyəti işıqlandırmaq olub.

"Biz Tbilisidəki vəziyyəti görməyi və bəlkə də reportaj hazırlamağı planlaşdırırdıq. Sonra Ermənistana getməyi planlaşdırırdıq. Dedilər ki, Nadya ölkəyə girə bilər, amma mən buna razılaşmadım", - Lankaster əlavə edib.

Nuray

Xəbər 3377 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +