İlham Əliyev Danimarkaya işgüzar səfər edib
Saxta orden və medal təsis edənlər saxlanıldı
Adnan Əhmədzadənin mülkləri - Siyahı/Milyonluq evlər, maşınlar...
Məktəbli avtobusu: 240-250+ manat ödəməlisiniz - Ekspert
Filippində zəlzələ: 69 ölü, 200-dən çox yaralı var
Prezident və birinci xanım yeni parkın açılışında... - FOTO
“Dərnəgül“ bazarının arxasında evlər sökülür
Sabiq prokuror rəisin müşaviri təyin edilib
“Məlhəm” Hospitalda körpə həkimin qurbanı olub
Nazir Peşə Agentliyinin direktorunu işdən çıxartdı


09.02.2021  13:48 

Avtomatı torpağın altında basdıraraq gizlətdi





A+  A-

Zərdab rayonunda torpağın altında odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, vətəndaş Cəmaləddin Xanməmmədovun üzərində silah-sursat gəzdirməsi barədə Zərdab Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Zərdab-Ağcabədi yolunda saxlanılıb.

Onun əlindəki ağ torbaya baxış zamanı döyüş sursatı olan ümumilikdə 157 ədəd patron aşkar edilib. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Xanməmmədov Beyləqan rayonu ərazisində çöl sahədə 1 ədəd “AKM” markalı avtomatı torpağın altında basdıraraq gizlətdiyini bildirib. Göstərilən yerə baxış zamanı saxlanılan şəxs tərəfindən torpağın altında basdırılan 1 ədəd avtomat silahı, sandıqçanı və əlavə 30 ədəd patronu aşkar edərək götürüblər. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində müvafiq istintaq tədbirləri davam etdirilir.

Xəbər 3312 dəfə oxunub.



01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO


BÜTÜN XƏBƏRLƏR +