Prezident Danimarkada Zirvə toplantısında iştirak edir
Gömrük Komitəsinin daha iki əməkdaşı həbs edildi
İlham Əliyev Paşinyanla görüşdü - Kopenhagendə -VİDEO
Bakıda sahibkar 12 yaşlı oğlana təcavüz edib
ABŞ-dan Ukraynaya DƏSTƏK
Xəzərdə azalmalar müşahidə olunur -VİDEO
ABŞ İrana sanksiyalar tətbiq edir?
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ
Prezident “Qarabağ“ı təbrik edib -FOTO
“Qarabağ” qalib gəldi: 2:0


27.01.2021  12:39 

Bakıda qadını doğrayıb zibil qutusuna atdılar





A+  A-

Yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Xəbər 4363 dəfə oxunub.




02.10.2025  09:35 

ABŞ-dan Ukraynaya DƏSTƏK

01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0


BÜTÜN XƏBƏRLƏR +