“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


30.10.2023  11:45 

Azərbaycanın Ukraynadakı səfiri diasporla görüşdü - Foto/Video





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) qərərgahında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyevin diasporla görüşü keçirilib.

Xəzərnews.az xəbər verir ki, Ukrayna Ali Radası sədrinin müşaviri, UABD-nin sədri Hikmət Cavadov və təşkilatın vilayət rəhbərlərinin iştirak etdiyi görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsi ziyarət olunub.

Görüşdə çıxış edən səfir S.Mərdəliyev Ukrayna-Azərbaycan münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyini bildirib. O, qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın inkişafının mühüm bir hissəsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider tərəfindən qoyulan xəttin bu gün də Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini vurğulayan səfir Ukraynadakı Azərbaycan diasporunun da bu siyasətə uyğun davrandığını diqqətə çatdırıb. Səfirlik olaraq Ukraynada yaşayan azərbaycanlıların və ümumilikdə diasporun fəaliyyəti ilə yaxından tanış olduğunu bildirən S.Mərdəliyev əməkdaşlığın bundan sonra da davam edəcəyini əminliyini ifadə edib.



Ukrayna Ali Radası sədrinin müşaviri, UABD-nin sədri Hikmət Cavadov Azərbaycanın Ukraynadakı səfirini və diplomotik korpus əməkdaşlarını diasporun qərərgahında görməkdən şad olduqlarını bildirib. Azərbaycan diasporunun Ukraynanın ictimai-siyasi həyatında fəal rol oynadığını qeyd edən H.Cavadov UABD-nın missiyası və gördüyü işlərdən danışıb. H.Cavadov hazırkı çətin şəraitdə inkişaf edən Azərbaycan və Ukrayna münasibətlərinə diasporun də töhvə verdiyini qeyd edib. Əlavə edib ki, hazırda Ukrayna müharibə şəraitindədir və onlar əsas diqqəti aztəminatlı azərbaycanlılara maddi dəstəyə və cəbhə bölgəsinə humanitar yardımların göndərilməsinə yönəldiblər.

H.Cavadov Azərbaycanda baş verən prosesləri də diqqətlə izlədiklərini, Qarabağda aparılan lokal antiterror əməliyyatlarından sonra əldə olunan qələbəyə sevindiklərini vurğulayıb.

Görüşdə çıxş edən UABD İdarə Heyətinin üzvləri olan alimlər, iş adamları və təşkilatın vilayət rəhbərləri Azərbaycanın Ukraynadakı səfirliyini öz evləri hesab etdiklərini vurğulayıblar. Diaspor-səfirlik əlaqələrinin davamlı olacağına əminliklərini ifadə edən diaspor fəalları təşkilatlanma və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, görüşdə Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlı hərbçilər də işirak edib.






Xəbər 4839 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +