Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


30.11.2024  18:35 

Rusiya istintaqçıları tərəfindən keçmiş vəkilin həyat yoldaşı dindirilib





A+  A-

Rusiya istintaqçıları dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayevin həyat yoldaşını dindiriblər

Xəzərnews.az TASS-a istinadən xəbər verir.

"Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq işinin istintaqı çərçivəsində təqsirləndirilən şəxsin həyat yoldaşı dindirildi. Həmçinin təqsirləndirilən şəxsin mənzilində axtarış zamanı pul vəsaiti aşkar edilərək götürülüb", - deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, keçmiş vəkilin mənzilindən götürülən pulun məbləği 100 000 rubldan (1 574 AZN - red.) çox deyil. Paşayevin müdafiəçiləri onun barəsində dələduzluq işi üzrə istintaq hərəkətlərini şərh etmirlər, çünki onlardan istintaq məlumatlarının yayılmaması barədə iltizam alınıb.

Xatırladaq ki, Elman Paşayev sentyabrın 17-də Moskvada saxlanılıb. Əvvəllər onu Rusiyanın yüksək cəmiyyətində tanınan Blinovski cütlüyünə qarşı dələduzluq cəhdində ittiham edirdilər. Paşayev "marafon kraliçası" Yelena Blinovskayanın həyat yoldaşı Aleksey Blinovskini inandırırdı ki, böyük məbləğ müqabilində onları qaldırılmış cinayət işi üzrə məsuliyyətdən azad edə bilər.

Bundan əlavə, Paşayevin yaralanma barədə saxta sənədlər təqdim edərək qanunsuz olaraq dövlət müavinəti ala biləcəyi barədə məlumat yayılıb.

Xəbər 4728 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +