Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


20.04.2019  09:05 

İnstaqramda yeni funksiya sınaqdan keçirilir





A+  A-

İnstaqram fotoservisi paylaşımlara gəlmiş bəyənmə (like) saylarını digər istifadəçilərdən gizlətmə funksiyasını test etməyə başlayıb.
XəzərNews.az Technote-yə istinadən xəbər verir ki, şirkətin açıqlamasında istifadəçilərin nə qədər bəyənmə yığdıqlarına deyil, nə cür kontent paylaşdıqlarına diqqət ayırmaları üçün bu addımın atılacağı qeyd edilib.

Bildirilib ki, bu, hələlik şirkətdaxili prototip funksiyadır və o, çoxlu sayda istifadəçilər tərəfindən test olunmur.

Şirkət düşünür ki, bəyənmə saylarının gizlədilməsi öz növbəsində istifadəçilərə qarşı olan təzyiqi aşağı salacaq. Belə ki, onlar özlərinin daha məşhur dostlarının bəyənmə sayları ilə öz bəyənmə saylarını müqayisə etməkdən imtina edəcəklər.

Bəyənmə saylarının gizlədilməsi funksiyasının işə salınması halında istifadəçilər və reklam verənlər daha çox abunə və rəy sayına fikir verəcəklər. Bununla belə gizlədilmiş bəyənmə sayları yenə də paylaşımların ana səhifədə sıralanmasına təsir edəcək.

Xəbər 1351 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +