Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


03.12.2024  15:16 

Azərbaycan və Ukrayna Milli Kinematoqrafçılar İttifaqı arasında memorandum imzalanıb -Fotolar





A+  A-

Bakıda Ukrayna Milli Kinematoqrafçılar İttifaqı ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Memorandumu imzalanıb

Bu barədə Xəzərnews.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı bildirib.

Q.Osmanlı qeyd edib ki, “Ukrayna mədəniyyətinin yeni üfüqləri” Ukrayna Kino Günləri çərçivəsində baş tutub.Sənəd səmərəli qarşılıqlı əlaqə və təcrübə mübadiləsi yolu ilə hər iki ölkənin kinematoqrafiya sənayesini inkişaf etdirmək niyyətlərini müəyyən edir.

Əməkdaşlığın əsas istiqamətləri:
* birgə tədbirlərin təşkili;
•təhsil proqramlarının yaradılması;
•film istehsalı təşəbbüslərinin dəstəklənməsi;
•beynəlxalq layihələrin həyata keçirilməsi;
•qrant müraciətlərinin hazırlanması və təcrübə mübadiləsi.

Tərəflər əməkdaşlığın şəffaflığını təmin etmək, tərəfdaşlıq münasibətlərini dəstəkləmək və tərəflərdən birinin nüfuzuna xələl gətirə biləcək hərəkətlərdən çəkinmək barədə razılığa gəliblər.

Memorandumu rəsmi olaraq Ukrayna və Azərbaycan Milli Kinematoqrafçılar İttifaqının rəhbərləri Serhii Bordenyuk və Rasim Balayev imzalayıblar. Bu müqavilə mədəni dialoqun və beynəlxalq əməkdaşlığın mühüm elementi kimi kino sənətini inkişaf etdirmək üçün iki ölkənin birgə istəyinin rəmzidir.





Xəbər 5603 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +