“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.07.2023  10:24 

BİZ HARA GEDİRİK? - Deputat həyəcan təbili çalır...





A+  A-

Artıq 3 ilə yaxındır ki, ictimai maliyyə islahatları çərçivəsində pilot sektorda - təhsil, kənd təsərrüfatı və ekologiya sektorlarında büdcə xərclənmələrinin səmərəliliyini artırmaq üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb.

Buyurub təhsildəki nəticələrə baxa bilərsiniz:

- Bu il magistr olmaq istəyən bakalavrların 1670 nəfəri 0-30 bal (maksimum bal 100) toplayıb. İmtahahanlarda 24118 bakalavr iştirak edib.

Sertifikasiya imtahanında iştirak edən müəllimlərin 35 faizi 0-29 bal toplayıb. Keçid balı 30 baldır. Sertifikasiyada 38 min müəllim iştirak edib. 223 müəllim isə 0-9 bal arası nəticə göstərib.

I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 0-200 bal arası nəticə göstərib. Bu təxminən 31.000 abituriyent edir. Bunun bir adı var: funksional savadsızlıq…

Təhsildə təkamül yolunu seçənlərin nəzərinə bir məsələni də çatdırmaq istəyirəm.

Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə - 16 universitet) daxil olub.

Türk Dövlətlərinin Qlobal Reytinqdə TOP-100 siyahısına Qazaxstanın 7, Türkiyənin 11 Universiteti düşüb. Bizim universitetlərin heç biri TOP-100-ə düşməyib. UNEC-1001-1200-cü yerləri, Neft və Sənaye Universiteti isə 1201-1400-cü yerləri tutub.

Azərbaycan Prezidenti İlham Əliyev 31 yanvar 2008-ci ildə “Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Avropa Ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb.

15 il vaxt keçib.

Bu vacib sənədin icrası normal şəkildə həyata keçirilsəydi bu cür acınacaqlı mənzərə ilə üzbəüz qalmazdıq.

Etibar Əliyev
Millət vəkili


Xəbər 1566 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +