200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.07.2023  10:00 

“Aztelekom” və “Baktelecom“u cərimələndi





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib.

Bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Bundan əvvəl qurum özəl internet provayderlərinə göstərilən xidmətin tariflərində artımların tətbiq edilməsinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan araşdırma, eləcə də bir sıra özəl internet provayderlərdən də daxil olmuş müraciətlər əsasında “Aztelekom” və "Baktelecom" barədə iş qaldırıb. İşə baxılması zamanı Cəmiyyətlərin dövlət (Tarif (qiymət) Şurası) tərəfindən tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdikləri və bununla bağlı qeyd edilən Cəmiyyətlərin bir sıra qanunvericilik aktlarının tələblərini pozması müəyyən olunub.

Qəbul olunan qərara görə, “Aztelekom” və "Baktelecom"a onların daxili əmri ilə müəyyən edilmiş xidmət tariflərinin “Telekommunikasiya haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunların, habelə Tarif (qiymət) Şurasının qərarlarının tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və adı çəkilən Cəmiyyətlərə maliyyə sanksiyası şəklində cərimə tətbiq edilib./"Report"

Xəbər 1544 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +