Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


29.03.2017  09:34 

Ata 7 yaşlı oğlunu çəkiclə öldürdü





A+  A-

Sabirabadda dəhşətli qətl törədilib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.
Röyal Məmmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
***
Həmin kəndin sakini Röyal Şakir oğlu Məmmədov 7 yaşlı (2010-cu il təvəllüdlü) oğlu – Röyamini xüsusi amansızlıqla qətlə yetirib.

Yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb.

Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin əlindən qurtularaq qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər 1751 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +