200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


23.06.2023  10:21 

1 dollar 25.12 Türk lirəsinə satılır





A+  A-

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra ölkədə dollar lirə qarşısında bahalaşmağa başlayıb.

XəzərNews.az xəbər verir ki, birjalarda dolların məzənnəsi 25 lirəni keçib.

Məlumata görə, hazırda 1 dollar 25.12 Türk lirəsinə satılır. Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına görə, 1 türk lirəsi isə 0.0672 manata kimi ucuzlaşıb.

Qeyd edək ki, Türkiyədə dünən uçot dərəcələri 26 aydan sonra ilk dəfə artırılıb. Dərəcələr 6.5% artararaq 15%-ə çatdırılıb.

Ötən ay Türkiyədə keçirilən prezident seçkilərinin ardından Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyat komandasını dəyişib. Mehmet Şimşek maliyyə və xəzinə naziri, Hafize Gaye Erkan isə Mərkəzi Bankın sədri təyin edilib. Ərdoğan uçot dərəcələrinin aşağı olması ilə bağlı fikirlərinin dəyişmədiyini, ancaq iqtisadi komandanın qərarlarını qəbul etdiyini bildirib.

Xəbər 1427 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +