200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


31.01.2022  15:14 

Namaz zamanı ağlamaq namazı batil edirmi?





A+  A-

Namaz zamanı insanın diqqəti ibadətdə olmalıdır. Diqqəti namazdan yayındıran hər bir artıq hərəkət bəyənilmir. Digər vaxtlarda icazəli olan bəzi əməllər namazı batil edər.

Məsələn, namaz zamanı nəsə yeyib-içmək (dişlərin dibində qalmış qırıntıları udmaq istisnadır), namaz sözlərindən başqa hər hansı bir sözü qəsdən söyləmək, gülmək və ağlamaq bura aiddir.

Ağlamaq deyərkən dünya işlərindən ötrü ağlamaq nəzərdə tutulur. Məsələn, insan kasıblıqdan, başına gələn bədbəxt hadisədən, ailədəki xoşagəlməz vəziyyətdən riqqətə gəlib ağlasa, namaz batil olar. Lakin axirətdən ötrü ağlamaq icazəlidir.

Belə ki, əgər bir şəxs namaz əsnasında günahlarını yada salaraq, cəhənnəmi təsəvvür edərək, yaxud Allahın hüzuruna yetişmək şövqünü hiss edərək ağlasa, namaz nəinki batil olmaz, hətta bu cür namazın savabı daha da artıq olar./islam.az

Xəbər 1896 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +