Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


09.01.2023  10:38 

“Olimpik Star”da oğurluq… - Ayaqqablarımızı boynumuzdan asaq?





A+  A-

Bu günlərdə Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 5A ünvanında yerləşən Olimpik Star - İdman və Əyləncə Mərkəzində maraqlı hadisə baş verib.

XəzərNews.az-a daxil olan məlumata görə, tanınmış bu İdman və Əyləncə Mərkəzinin xidmətlərindən istifadə edən bir ailə sürprizlə qarşılaşıb. Daha doğrusu “Olimpik Star”a daxil olan ailənin azyaşlı üzvlərindən birinin “Uşaq labrinti” adlanan məkanda yeni alınmış bahalı ayaqqabları oğurlanıb.

Məlumat üçün qeyd edək ki, Mərkəzin daxilində yerləşən “Uşaq labrinti”nin girişində uşaqlara ayaqqablarını çıxarmaları və müştərilər üçün ayrılmış xüsusi saxlanc yerinə qoymaları tələb olunur. Ayaqqabları oğurlanan uşağın valideyni bu qaydadan istifadə edib və bunun üçün “Uşaq labrinti”nə pul ödəyib. Ayaqqablar işçilərin birbaşa nəzarətində olan və digər istifadəçilər üçün qapalı məkanda xüsusi açıq qutulara qoyulub.

Uşaqlar əyləndikdən sonra ailə “Uşaq labrinti”ni tərk etmək istəyib. Lakin qarşılaşdıqları mənzərədən şoka düşüblər. Uşaqların ayaqqablarını geyindirmək üçün saxlanc yerinə yaxınlaşan valideyn övladının ayaqqablarının orda olmadığını görüb və dərhal da Mərkəz əməkdaşlarına məlumat verib.

Mərkəz əməkdaşları ilk əvvəl bu halın təsadüfi?! olduğunu bildirərək anlaşılmazlığın qısa müddət ərzində aradan qalıdırılacağını vəd veriblər. Lakin hadisədən 3-4 gün keçdikdən sonra ailəyə məlumat verilib ki, bu oğurluq məsələsində onlar heç bir məsuliyyət daşımır.

Görünən odur ki, “Olimpik Star” rəhbərliyi hadisə ilə bağlı üzürxahlıq etmək və ya ailəyə dəyən zərəri ödəmək əvəzinə onlara qarşı hörmətsizlik edir.

Deməli, müştərilərin geyimlərini qorumaqda mükəlləf olan “Olimpik Star” əməkdaşları onları qorumaqda acizdir. Belə olan halda istehlakçı hüquqları pozulur və baş verən hər hansı bir pozuntu bu kimi yarımçıq xidmət mərkəzlərinin cərimələnməsi ilə yekunlaşır.

Zərərçəkən ailə Mərkəzdən videogörüntü tələb etsə də bunu da əldə edə bilmir. Daha doğrusu “Olimpik Star”ın rəhbərliyi videogörüntüləri nə ailəyə verir, nə də özləri araşdırma aparır…

Belə olan halda iddia edə bilərik ki, “Olimpik Star”ın bu kimi xoşagəlməz hadislərin baş verməsində marağı var: ya ayaqqabları öz əməkdaşları oğurlayıb, ya da özlərinə yaxın adamlar aparıblar…

Əks təqdirdə hamıdan çox onlar baş verən bu hadisənin aydınlığa çıxmasında maraqlı olmalı, müştəri məmuniyyətini təmin etməli idilər. Bunu etmirlərsə, ya işlərini doğru-düzgün bacarmırlar, ya da baş verən oğurluq hadisəsinin bilavasitə iştirakçılarıdırlar.

Əgər həqiqətən onlar işlərini bacarmırlarsa biz balaca fidanlarımızı onlara niyə etibar etməliyik? Bu gün ayaqqabısı oğurlanan uşağın sabah özünün oğurlanmayacağına kim zəmanət verə bilər ki?

Mövzunu davam etdirəcəyik.

Hacı
XəzərNews.az



Xəbər 3322 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +