Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


07.01.2023  12:24 

“General bizi təhqir edərək qovdu” - Şikayət





A+  A-

Ordubad rayonu Vənənd kənd sakini Məzahir Məmmədov hərbi əmri yerinə yetirərkən həlak olmuş oğluna şəhidlik statusu ala bilmədiyini bildirib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə “Gündəlik Naxçıvan”a müraciətində deyib.
Şikayətçinin oğlu Fazil Məmmədli 29 iyul 2022-ci ildə həlak olub.

M.Məmmədov bu işdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevi günahlandırıb.

Onun sözlərinə görə, ilk günlər oğluna şəhidlik statusu söz verilsə də, sonradan buna əməl olunmayıb:

“N saylı hərbi hissədə xidmət edən oğlum döyüş təlimi zamanı komandanlığın hərbi əmrini yerinə yetirərkən şəhid olub. Özüm burda olmadığımdan oğlumu 1 saat 45 dəqiqə ərzində general Rəhim Cəfərovun göstərişi ilə təcili dəfn ediblər. Şəhidi necə 1 saat 45 dəqiqə içərisində dəfn edə bilərlər? Hələ də başa düşə bilmirəm. 4 gün sonra dövlət bayrağını gətirdilər. Bayrağı mənə verəndə 10-15 zabit iştirak edirdi. Mənə dedilər ki, bayrağı qəbul et, şəhidlik sənədlərini də hərbi komissarlığa göndərəcəyik. 40 mərasimindən sonra məni Ordubad rayon hərbi komissarlığına çağırıb dedilər ki, hərbi hissənin verdiyi arayışa görə oğluna şəhidlik statusu düşmür”.

Bundan sonra ailə hərbi hissə komandiri Umman Nəcəfovla görüşüb:

“O, bizə dedi ki, bu arayışı Kərəm Mustafayevin göstərişi ilə yazıb. Daha sonra biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin birinci müavini, qərargah rəisi general Rəhim Cəfərovla görüşdük. O da eyni sözləri deyib, bizi təhqir edərək qovdu”.

Məzahir Məmmədov deyir ki, uzun çək-çevirdən sonra Kərəm Mustafayevin də qəbuluna düşə bilib:

“Teleqram vurduqdan sonra, general Kərəm Mustafayevin qəbuluna düşdük. O, bizi dinləmək belə istəmədi. Dedi ki, sizin övladınıza şəhidlik düşmür. Oğluma verilən əmrin sürətini istədim. Onu da vermədilər. Bildirdilər ki, şifahi əmr verilib. İndi nə edəcəyimi, kimə şikayət edəcəyimi bilmirəm”.

Xəbər 2682 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +