Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


06.01.2023  16:27 

Bu ölkədə adam balası kimi pensiya almaq heç kimə nəsib olmayacaq





A+  A-

Azərbaycanda minimum əməkhaqqının 345 manata çatdırılması yaxşı xəbərdir. Düzdür, havadan başqa hər şeyin pulla satıldığı bu ölkədə 345 manat böyük məbləğ sayılmır. Amma elə adamlar var ki, onlar üçün nəinki 45, hətta 1 manat da puldur. Həmin 1 manatla 1 çörək alır, yerdə qalan 30 qəpiklə isə avtobusa, metroya minirlər...

Bizimki əvvəldən gətirməyib, hər işin içində mütləq bir “əmma” çıxır. Bu işin “əmma”sı isə odur ki, minimum əməkhaqqı ilə birlikdə pensiya kapitalı da artdı. Məsələni qəlizləşdirməyək, sadə dildə desək, Azərbaycanda pensiyaya çıxanda 280 manat almaq istəyən adam təxminən 34 min manat pensiya kapitalı toplamalı idi. Dünən isə minimum əməkhaqqı ilə birlikdə pensiya kapitalı da artaraq 40 min manata çatdı. İqtisadçılar bu rəqəmin gələn il 45, növbəti il isə 50 min manatı ötəcəyini proqnozlaşdırırlar.

Bilirsiniz, bu nə deməkdir? Əgər dünən minimum əməkhaqqı artmasaydı, mən 18 il sonra pensiyaya çıxanda 280 manat təqaüd alacaqdım. Dünənə kimi bu barədə düşünəndə çox xoşhal olurdum. Kompüterin qarşısında saatlarla oturub gözlərimin nurunu əritməyim məni zərrə qədər də narahat etmirdi, fikirləşirdim ki, 18 il sonra pensiyaya çıxanda yeyib-içməsəm, öz halal pulumla göz damcıları ala biləcəyəm. Dünən buna olan ümidimi də dəfn etdim. Heç vaxt ağzını xeyirliyə açmayan iqtisadçı dostum dedi ki, pensiya kapitalı artdığı üçün bundan sonra 18 deyil, ən azı 22 il işləməlisən.

Yenə jurnalist mərəzim baş qaldırdı. Soruşdum ki, 22 il sonra 280 manat alacağıma qarantiya verirsənmi? Dedi ki, sən qarantiyanı dövlətdən istə. Əgər mövcud pensiya qanunvericiliyi dəyişməsə, 22 deyil, heç 42 il sonra da bu ölkədə adam balası kimi pensiya almaq heç kimə nəsib olmayacaq.

Biz əvvəl mübahisə etdik, sonra mühasibatlığa baş vurduq. Beləcə, məlum oldu ki, mən dövlətimizin qoyduğu tələbləri ödəmək üçün ən azı 100 il yaşamalıyam.

Həyat şirin olduğu üçün hamı dünyadan ikiəlli yapışır. Mən də çox yaşamaq, bu işıqlı dünyada adam balası kimi dövran sürmək istəyirəm. Amma indi Allah-Təaladan ömürdən çox, möhlət istəyirəm. Mənə 100 yaşıma qədər möhlət versin ki, pensiya kapitalını toplayıb dövlətin yanında xəcalətli qalmayım...

Seymur VERDİZADƏ
Yenisabah.az-ın Baş redaktoru


Xəbər 2601 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +