Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


18.11.2017  15:18 

Deputatdan AÇIQLAMA: “İcra hakimiyyətləri bələdiyyələri saymır”





A+  A-

“Bu gün əksər bələdiyyələrin fəaliyyəti heç də qaneedici deyil. Amma onların içərisində fəaliyyəti yaxşı olan bələdiyyələr də var. Ümumilikdə bələdiyyələrin nüfuzsuz orqan olmasını demək düzgün çıxmaz”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Deputat bildirib ki, harada müvafiq və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə yaxşı münasibət var, orada onlar yaxşı işləyirlər.

“Harada ki, bu münasibət yoxdur, orada bələdiyyələr passiv fəaliyyət göstərir. Bəzi icra hakimiyyəti orqanları var ki, bələdiyyələrə əlavə qurum kimi baxırlar. Bəzi bələdiyyələrin də təşəbbüsləri yoxdur. Bələdiyyələr öz ərazilərində olanlardan vergi yığmalıdır. Onlar bunu etməyə utanırlar. Deyirlər ki, mən niyə filankəslə pis olmalıyam ki? Bələdiyyələr niyə gedib həmin şəxslərdən haqqın tələb etməməlidir? Axı bu vergini verməyənlər bələdiyyələrin saxlanmağını istəməyənlərdir. Əgər belədiyyələr normal vergi yığa bilsə, yaxşı da iş görə bilər. Əksər bələdiyyə sədrləri deyir ki, 5 illik seçildim və bitəhər yola verim, gələcəkdə bir dəfə də seçilim. Amma bu belə olmamalıdır axı. 1999-cu ildən bələdiyyə seçkiləri keçirilir. Elə bələdiyyə sədri var ki, 18 ildir ki vəzifədədir”.

T.Rzayev deyib ki, bəzən yerli icra hakimiyyəti orqanları bələdiyyələrə əsassız tapşırıqlar verirlər, qeyri-ciddi qurum kimi baxırlar.
“Bir bələdiyyə digərinin torpağını vətəndaşa satması faktları da var. Bu xəritələrin düzgün olmaması ilə əlaqədardır. Ancaq artıq bir neçə bələdiyyənin xəritəsi hazırlanaraq onlara verilib. Digərlərinin isə xəritələrinin hazırlanması istiqamətində işlər aparılır. Ümid edirəm ki, bu problem yaxın vaxtlarda öz həllini tapacaq”.

Xəbər 2012 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +