Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


14.08.2020  11:06 

Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək - EKOLOJİ TERROR





A+  A-

Ermənistan Azərbaycana qarşı ekoloji terror davam etdirir.
XəzərNews.az Ermənitan KİV-nə istinadən xəbər verir ki, qondarma Qarabağ rejiminin başçısı Araik Arutunyan Sərsəng su anbarından Azərbaycanın cəbhəyanı rayomlarına axan suyun istiqamətinin dəyişdiriləcəyini deyib.

O, “əsrin layihəsi” adlandırdığı layihə ilə bağlı işlərin sürətləndiyini deyib.

“Sərsəng su anbarının suyunun istiqamətinin dəyişdirilməasi hesabına suvarılan kənd təsərrüfatı torplaqlarının sayını artıra və bununla da, məhsul istehsalının bir neçə dəfə artıra bilərik”.

O, işlərin artıq start götürdüyünü və 2022-ci ildə yekunlaşacağını söyləyib. Sərsəng su anbarının suyunun istiqamətinin dəyişdirilməsi hesabına işğal altındakı torpaqlarda əlavə 30 min hektar torpaq sahəsi də suvarılacaq. Bunun əvəzində Azərbaycanın cəbhəyanı kəndlərinə su verilməsi azalacaq.

Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə istifadəyə verilmiş və tutumu 565 milyon kubmetr olan Sərsəng su anbarı bu regionun ən iri su tutarıdır. Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı Azərbaycanın 6 rayonunun 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Ermənilərin bu təxribatı Azərbaycanın cəbhəyanı bölgədə yaşayan 400 min insanının həyatına təhlükə yaradır.

Xəbər 2827 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +