Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


10.01.2020  09:57 

Hemiltondan Avstraliyaya 500 minlik yardım





A+  A-

“Formula-1” yarışçısı Lyuis Hemilton Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə 500 min dollar ayırmaq niyyətindədir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə o, Tvitter hesabında yazıb.

Britaniyalı Avstraliyanın şərq sahilində baş qaldırmış təbiət hadisəsindən çox narahat olduğunu qeyd edib: “Avstraliyada yanğınların törətdiyi dağıntılar və ölkə sakinlərinin, eləcə də flora nümayəndələrinin rastlaşdığı çətinliklər ürəyimi parçalayır”.

Yarışçının səlahiyyətli şəxslərə verəcəyi məbləğ heyvanların qorunması layihələrinin maliyyələşməsi, bu sferada çalışan insan və yanğınsöndürənlərə dəstək məqsədi ilə xərclənəcək.

Xatırladaq ki, daha əvvəl Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə rusiyalı tennisçi Mariya Şarapova 25 min dollar, Avstraliyalı aktrisa Nikol Kidman və müğənni Pink hər biri 500 min ABŞ dollar olmaqla ümumilikdə 1 milyon dollar vəsait ayırmışdı.

Qeyd edək ki, Avstraliyada hökm sürən irimiqyaslı meşə yanğınlarında bir milyarddan çox heyvan ölüb. Yanğınlar nəticəsində 6 milyon hektar meşə, 2 minə yaxın yaşayış evi və 3 min inzibati və təsərrüfat tikililəri məhv olub. Bundan başqa, yanğında 23 insan, 3 yanğınsöndürən ölüb, 6 insan itkin düşüb.

Xəbər 1487 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +