Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


16.08.2019  11:45 

“Qidam” sexinin fəaliyyəti məhdudlaşdırıldı





A+  A-

Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, Yoncalı yaşayış massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Rüfət Seyfəddin oğluna məxsus “Qidam” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) XəzərNews.az-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisədə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Müəssisənin istehsal və anbar sahələrinə baxış zamanı istifadə olunan avadanlıqların paslandığı və kifləndiyi aşkar olunub. Həmçinin sexdə qablaşdırma sahəsi ilə eyni yerdə yerləşən anbarda qəndin çirklənməsinin qarşısınının alınması məqsədi ilə hər hansı tədbir görülmədiyi müəyyən edilib.

Müəssisənin yararsız vəziyyətdə olan döşəməsində su yığıldığı və bunun da patogen mikroorqanizmlərin inkişafına və bioloji çirklənməyə yol açdığı müşahidə olunub. Eyni zamanda məlum edilib ki, texnoloji prosesin sonunda doğranmış qənd ələkdən keçirilərək antisanitar vəziyyətdə olan plastik yeşiklərə qoyulur.

Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına və satılmasına görə müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Xəbər 1522 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +