Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


14.07.2017  12:14 

Almaniyadan Tovuza gəldi, sevdiyi oğlana görə intihar etdi





A+  A-

Almaniyadan Tovuz rayonuna gələn qız sevdiyi oğlana görə özünü hündürlükdən yerə atıb.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, pəncərə silərkən 5-ci mərtəbədən yıxıldığı bildirilən qızın intihara cəhd etdiyi məlum olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, iyulun 13-də günorta saatlarında rayonun Xəqani küçəsində yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsindən pəncərə silərkən yıxıldığı bildirilən, 1996-cı il təvəllüdlü Nərmin Elçin qızı Abbaszadənin sevdiyi oğlanın başqası ilə nişanlandığını eşitdikdən sonra intihara cəhd edib.

Belə ki, ata-anasının boşandığı gündən sonra anası ilə birgə Almaniyada yaşayan qız, Tovuzda yaşayan xalası qızının avqust ayında keçirilməsi nəzərdə tutulan toy mərasimində iştirak etmək üçün gəliblər. O, burada uzun müddətir ki, sevdiyi oğlanın başqa bir qızla nişanlandığı xəbərini eşidib. Bundan sarsılan 21 yaşlı qız özünü qonaq qaldığı xalasının mənzilinin pəncərəsindən yerə atıb.

Hadisə şahidləri bildiriblər ki, 3-cü mərtəbədəki paltar asılqanlarına dəyən qız daha sonra binanın yaxınlığındakı ağacın budaqlarına dəyərək yerə düşüb və ağır xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşınıyla Tovuz Rayonun Mərkəzi Xəstəxanasına aparılan yaralı əməliyyat olunub və böyrəklərindən biri aldığı xəsarətdən sonra sıradan çıxdığına görə əməliyyatla götürülüb və lazımı tibbi yardımlar göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Valideyinlərinin tək övladı olan N.Abbaszadənin hazırda həyatı təhlükəsi davam edir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Xəbər 1421 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +