Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


15.05.2018  12:08 

Avropadakı aktiv təşkilatlar birgə addımlayacaq - Diasporda canlanma





A+  A-

Almaniyanın Nürnberg şəhərində fəaliyyət göstərən "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzi ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) birgə əməkdaşlıq haqqında Memorandum imzalayıblar.
XəzərNews.az xəbər verir ki, sənədi "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin sədri, texniki elmlər doktoru Yaşar Musayev və onun müavini Mirhüseyn Cəlilov, Ukrayna tərəfdən isə UABD-nin sədr müavini Murad Cəfərov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin sədri Dr. Yaşar Musayev bildirib ki, Memorandumu imzalayan tərəf kimi diaspor hərəkatının inkişafına töhfə verəcək konkret işlərin görülməsi, soydaşlarımızın daha sıx birliyinə nail olmağı əsas hədəf seçiblər.

"Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Mirhüseyn Cəlilov Ukraynada fəaliyyət göstərən ən güclü Azərbaycanın diaspor təşkilatı ilə vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşmanın yaranması üçün birgə müzakirələr aparacaqlarını bildirib.

UABD-nin sədr müavini Murad Cəfərov isə Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, ictimai fikri ölkəmizin xeyrinə dəyişmək, xarici media qurumları ilə ümumi işi gücləndirmək, hazırda çox məhdud olan xarici mediaya çıxış imkanlarımızı genişləndirmək üçün mövcud olan kadr və texniki potensialdan birgə istifadə edəcəklərini bəyan edib: “Dünyada yaşayan azərbaycanlılardan ibarət çevik qüvvələri daha operativ koordinasiya etməklə ümumi məqsədə qısa zamanda nail olmaq istiqamətində birgə müvafiq tədbirlər görəcəyik”.

Qeyd edək ki, belə bir Memorandum UABD və İsveç Azərbaycanlıları Konqresi arasında imzalanıb.

Xatırladaq ki, mayın 11-12-də Almaniyanın Nürnberg şəhərində “ADR-in 100 illik” və “Almanların Azərbaycana köç etmələrinin 200 illik” ildönümü münasibətilə tədbir keçirilib. Bavariya əyalətinin tarixi yerlərindən sayılan əzəmətli Vətən və Maliyyə Nazirliyinin binasında baş tutan iki günlük tədbir Nürnberg şəhərində fəaliyyət göstərən "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzi ilə "Haus der Heimat" Alman Təşkilatının təşəbbüsü ilə gerçəkləşib.


Xəbər 1532 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +