Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...


05.03.2025  14:59 

Millimizin sabiq futbolçusu Moskvada həbs edildi





A+  A-

Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Moskvada həbs edilib.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Abatsiyev xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Məlum olub ki, özünü "Mosenergosbyt” və FSB əməkdaşları kimi təqdim edən fırıldaqçılar təqaüdçünün 14 milyon rubl pulunu dələduzluq yolu ilə ələ keçirib. Həmin zaman Abatsiyevin pulu götürən kuryer olduğu ehtimal olunur.

Təqsiri sübuta yetiriləcəyi təqdirdə keçmiş futbolçunu 10 ilə qədər həbs cəzası gözləyir

Qeyd edək ki, Abatsiyev futbolçu karyerası ərzində Azərbaycanın "Sumqayıt", "İnter" (Bakı), Rusiyanın "Alaniya (Vladikavkaz), "Torpedo" (Armavir), "Spartak" (Vladikavkaz), SKA (Rostov-on-Don), "Maşuk-KMV" (Pyatiqorsk) və "Olimp Ximki" klublarında çıxış edib. Yarımmüdafiəçi Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb, 2014-cü ildə əsas milliyə dəvət alıb.

Xəbər 2482 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +