“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


05.06.2025  10:48 

Rusiya bütün dünyaya orta barmağını göstərir - Zelenski





A+  A-

Diplomatiya Ukraynada etibarlı sülhə və ya atəşkəsə səbəb olmadı, çünki təcavüzkar ölkə Rusiya özünü cəzasız hiss edir və qəti təzyiq olmadan dayanmayacaq.

XəzərNews.az xəbər verir ki, bunu iyunun 4-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da bildirib.

Tramp və Putin Rusiya Federasiyasının arxa cəbhəsində bombardmançı təyyarələrin məhv edilməsi üzrə Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatını müzakirə ediblər. Ağ Ev rəhbərinin sözlərinə görə, Putin “çox qətiyyətlə” buna cavab vermək məcburiyyətində qalacağını bildirib.

"Bu, o deməkdir ki, hər yeni zərbə, diplomatiyanın hər yeni təxirə salınması ilə Rusiya bütün dünyaya orta barmağını göstərir. Rusiyaya təzyiqi artırmaq istəməyən hər kəsə... Baxmayaraq ki, sülh axtaran Rusiyadır. Məhz onlar orada, Moskvada hiss etməlidirlər ki, müharibənin öz qiyməti var - böyük qiymət, təcavüzkar üçün isə ən yüksək qiymət", - Zelenski qeyd edib.

Xəbər 2318 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +