Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


05.03.2018  16:11 

Hökumət bankların fəaliyyəti ilə bağlı təkliflərə baxır





A+  A-

Maliyyə vasitəçiliyinin bərpası üçün iqtisadi və institusional tədbirləri əhatə edən kompleks həll yolları ilə bağlı təkliflərə baxılır.
XəzərNews.az-ın məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, “Banklar haqqında” qanunun 24-cü maddəsinə müvafiq olaraq banklarda faiz dərəcələrini müəyyənləşdirmək bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə daxildir. Həmin qanunun 36.6-cı maddəsinə əsasən, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o xümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəsdir.

Bununla belə, maliyyə vasitəçiliyinin bərpası üçün iqtisadi və institusional tədbirləri əhatə edən kompleks həll yolları ilə bağlı təkliflərə baxılır.

Belə ki, ölkədə bank sektorunun maliyyə vəziyyətinin yaxşılaşdırılması, maliyyə bazarlarında inkişafın təmin edilməsi, inkişaf etmiş beynəlxalq təcrübəyə uyğun yeni çağrıların ölkənin maliyyə bazarlarına inteqrasiya edilməsi məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələrinin kompleks tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.

Xəbər 2169 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +