14 tibb bacısı eyni anda hamilə qaldı
Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?


03.03.2025  15:32 

Vaşinqton NATO-nu tərk etsə, Avropa bitəcək?





A+  A-

Böyük Britaniyanın paytaxtı Londonda, Lankaster-haus iqamətgahında baş tutan Ukrayna üzrə Avropa sammiti bir çox baxımdan diqqət çəkir. Bu, “Ukrayna üzrə Avropa sammiti” adlansa da, qoca qitənin liderlərini düşündürən əsas məsələ başqadır. Söhbət Avropanın yeni təhlükəsizlik arxitekturasından, yəni NATO-ya dair müzakirələrdən gedir.

Aydındır ki, Avropa liderləri ABŞ-ın Ukrayna müharibəsindən sonra Alyansı tərk etməsindən narahatdır. Bu baş verərsə, Avropa təhlükəsizliyində ciddi boşluq yarana bilər. Ən pisi – bu günə qədər ABŞ-a arxayın olan ölkələr hərbi xərclərini yenidən artırmalı olacaq. Bu isə onsuz da işsizlik, bahalaşma, miqrant axını kimi problemlərlə üzləşən Qərbin yeni risklərlə qarşılaşması deməkdir.

Avropa liderləri bir məsələdə haqlıdırlar ki, “Paks Amerikana” dövrü sona çatıb. Lakin bunda qeyri-adi nəsə yoxdur. Çünki “Paks Romana”“Paks Britannika” dövrü də bitmişdi.

ABŞ Prezidenti Donald Tramp hazırkı vəzifəsinə seçilməzdən öncə hərbi xərcləri azaltmaq istədiyini demişdi. Lakin bununla yaxud orduda ixtisara getməklə NATO-nu tərk etmək tamam fərqli anlayışlardır.

Vaşinqtonun NATO-nu tərk edəcəyini düşünmürəm:

Birincisi, ABŞ sadəcə Avropa ölkələrinin müdafiə xərclərini artırmasını istəyir. Yəni Vaşinqton Avropanı qorumağı, qitənin sahiblərinin isə hərbi xərcləri azaldaraq rifahını yüksəltməsini ədalətsiz hesab edir. Bu, haqlı yanaşmadır. Hər kəs əlini daşın altına salmalıdır. Əslində Avropa ölkələrinin hərbi xərclərini artırması gələcəkdə ABŞ-ın Rusiya ilə bağlı planları üçün də vacibdir.

İkincisi, ABŞ-Rusiya danışıqları fonunda belə bir yanlış fikir var ki, Vaşinqton Kremllə problemləri həll edərək Çinə qarşı ortaq mübarizəyə hazırlaşır. Halbuki onun məqsədləri və müharibənin aktiv fazasını bitirmək səyləri tamamilə başqa səbəbdən qaynaqlanır.

Ukrayna ilə Rusiya arasında konkret yekun sülhdən danışmaq üçün tezdir. Digər tərəfdən Qərb ölkələrini əlində saxlamaq üçün ABŞ-ın Rusiyaya ehtiyacı var.

Üçüncüsü, ABŞ-ın NATO-dan çıxmaq qərarı bir şəxsin iradəsi ilə mümkün deyil. Bunun üçün kifayət qədər bürokratik əngəllər var. Hər şeydən öncə bu, Senatın üçdə iki səs çoxluğu və ya Konqresin aktı ilə təsdiq edilməlidir.

Avropa “Paks Amerikana” dövrünün sona çatması kontekstində yeni təhlükəsizlik formatında Türkiyənin iştirakına xüsusi diqqət ayırır. Lakin Vaşinqtonun bu məsələdə fərqli planlarının olduğunu düşünürəm. Belə ki, ABŞ Türkiyənin Yaxın Şərqin təhlükəsizliyində daha çox rol oynamasını istəyir. Ankaranın da bu məsələdə Vaşinqtonla ortaq görüşdə olduğunu demək olar.

Turan Rzayev
Politoloq


Xəbər 917 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +