Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


23.06.2022  09:30 

Lavrov İran Prezidenti ilə görüşüb





A+  A-

İranda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Serqey Lavrov Prezident İbrahim Rəisi ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, Serqey Lavrov İranın Prezidenti ilə Ukrayna, Suriya, Yəmən, Əfqanıstan və Zaqafqaziyadakı siyasi prosesləri müzakirə edib. Görüşdə, həmçinin Aşqabadda keçiriləcək Xəzəryanı dövlətlərin rəhbərlərinin zirvə tolantısında müzakirə olunacaq məsələlərə də toxunulub.

İyunun 23-də Serqey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşəcək. Görüşdə regional və qlobal siyasi məsələlər müzakirə olunacaq. Bunlarla yanaşı İranın nüvə proqramı da müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianın dəvəti ilə Tehranda səfərdədir.

Xəbər 1558 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +