Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş


06.09.2017  10:32 

Myanmadan daha bir dəhşətli addım





A+  A-

Myanma hökuməti Banqladeşlə sərhədə mina döşəyir.
XəzərNews.az rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Banqladeş hökumətinin mənbələri məlumat yayıb. Bildirilir ki, artıq 3 gündür sərhəddəki hasar boyu minalama prosesi gedir. Mənbələrdə qeyd edilir ki, Banqladeş tərəfi bu barədə foto faktlar sayəsində xəbər tutub: “Sərhəd keşikçiləri tikanlı məftilli hasarın yaxınlığında işləyən 3-4 qrup görüblər. Onlar torpağa nəsə basdırırdılar. Sonra biz öyrəndik ki, onlar mina yerləşdirirlər”.

Banqladeş sərhədçilərdən biri məlumatı təsdiqləyib və çərşənbə axşamı Myanma tərəfdə partlayış səsi eşidildiyini, ayaqlarını itirən iki uşağın onların ərazisindəki xəstəxanaya çatdırıldığını deyib.

Məsələyə Banqladeş tərəf ciddi etiraz edib. Belə ki, ölkə bu gün sərhəd yaxınlığında minaların quraşdırılmasına qarşı rəsmən çıxış etməyə hazırlaşır.

Xəbər 1948 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +