“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.09.2024  18:53 

Konstant Mutambanı zəhərləməyə cəhd ediblər





A+  A-

Naməlum şəxslər ədliyyə üzrə dövlət naziri, Konqo Demokratik Respublikasının (KDR) möhürünün qoruyucusu Konstant Mutambanı zəhərləməyə cəhd ediblər.

Xəzərnews.az xəbər verir ki, bu barədə Konqonun “Actualite” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

“Araşdırmalar [Mutambanın bədənində] zəhərin olduğunu üzə çıxarıb”, – nazirə yaxın adamlar deyirlər.

“Nazirə qulluq üçün ciddi tədbirlər görülür”, – diqqətə çatdırılıb.

Xəbərdə deyilir ki, zəhərlənmə Mutamba rəhbərliyinin korrupsiyada şübhəli bilinən hakimləri işdən çıxarmaqla hədələyərək KDR-nin məhkəmə sistemində islahatlara başlamasından sonra baş verib.

KDR Ədliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 2-nə keçən gecə nazirin ofisinə basqın edilib. Nazirlik bildirib ki, sonradan mütəxəssislər ofisin özündə və ona gedən dəhlizdə ağ tozun izlərini aşkar ediblər.

Xəbər 3683 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +