Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


11.05.2021  10:08 

Aliment ödəyə bilmədiyinə görə intihara cəhd etdi





A+  A-

Bakıda “Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdən özünü atmaq istəyən şəxslə bağlı araşdırma aparılır.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gün öncə axşam saatlarında Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sənan Səfərəliyev körpüyə çıxaraq özünü oradan atmaq istəyib.

Ərazidə xidmət aparan mühafizə polisi tərəfindən onun intihara cəhdinin qarşısı alınıb. S. Səfərəliyev polis şöbəsinə təhvil verilib.

Orada araşdırma zamanı Sənan Səfərəliyev bildirib ki, bir müddət öncə boşanıb və övladı var. O qeyd edib ki, iş tapa bilmədiyi üçün alimenti ödəyə bilmir.

Araşdırmalar davam etdirilir.

Xəbər 2159 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +