Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


07.03.2021  18:36 

Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var





A+  A-

Xaçmazda dəm qazından zəhərlənmə hadisəsi olub.
XəzərNews.az xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" ərazisində yerləşən dönərxanada baş verib.

Hadisə nəticəsində Xaçmaz rayonu Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov dünyasını dəyişib, Müzəffəroba kənd sakini 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zərərçəkmiş M.Məmmədov hadisəni belə xatırlayır:

"Mən Səbuhi ilə qardaşının işlətdiyi dönərxanaya getmişdim. Səbuhi qardaşının yanında siqaret çəkmədiyindən oradakı zirzəmiyə düşdü. Sən demə, elektrik enerjisinin kəsilməsi səbəbindən dönərxananın zirzəmisində benzin yanacağı ilə işləyən elektrik generatoru işlək vəziyyətdə olub. Səbuhinin gəlmədiyini görüb zirzəmiyə düşdüm və onu uzanmış vəziyyətdə aşkarladım. Onu ayıltmağa çalışarkən mənim də halım pisləşdi. Özümə gələndə xəstəxanada olduğumu bildim".

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2261 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +