Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


19.06.2017  21:15 

83 yaşlı kişinin dəhşətli intiharının detalları





A+  A-

Dünən özünü Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında qatarın altına ataraq intihar edən 83 yaşlı Səyyad Xəlilovla bağlı bəzi məqamlar aydınlaşıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra ahıl kişinin Yasamal rayonu ərazisində - metrostansiyanın yaxınlığında yaşadığı məlum olub.

Bildirilir ki, 7 il əvvəl S.Xəlilovun həyat yoldaşı vəfat edəndən sonra o, özünə qapanıb. Oğlunun himayəsi altında olsa da, o, tək yaşayırmış. Övladı S.Xəlilov üçün xüsusi baxıcı da tutubmuş və həmin qadın həm ahıl kişinin məişət qayğılarını həll edirmiş, həm də onun evdən uzaqlaşmamasına nəzarət edirmiş. Belə ki, son vaxtlar səhhətində problem yaranan S.Xəlilovun evdən kənara çıxmaması ilə bağlı oğlu baxıcıya təlimat veribmiş. Lakin dünən, yəni bazar günü baxıcı qadın işlərini tez yekunlaşdıraraq evinə qayıdıb. Nəzarətsiz qalan 83 yaşlı kişi bundan sonra intihar məqsədi ilə metroya gedib və saat 12:33-də özünü qatarın altına atıb.

Qeyd edək ki, hadisə yerinə gələn həkim briqadası ilkin müayinə nəticəsində S.Xəlilovun bədənində sınığın olmadığını bildirsə də, sonradan məlum olub ki, qatar onun ayağının üstündən keçib.

Xəbər 1522 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +