Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


17.06.2017  11:56 

Ziya Məmmədovun keçmiş müşaviri şikayət etdi





A+  A-

Vəzifəli qohumunun 7 kiloqram qızılını mənimsəməkdə təqsirləndirilərək bəraət alan Rövşən Əhmədovun barəsindəki hökmdən şikayət verilib.
R. Əhmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin qohumudur. O, Çingiz Baxşıyevdən və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevadan, ümumilikdə 800 min manat məbləğində qızıl və nağd pul alaraq qaytarmamaqda təqsirləndirilib.

Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

R.Əhmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Əfqan Hacıyev təqsirləndirilən R.Əhmədov günahsız olduğuna qərar verib və onun barəsində bəraət hökmü çıxarıb. Həbsdə olan R.Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.

Bundan sonra prokurorluq hökmdən protest verərək hökmün ağrılaşdırılaraq dəyişdirilməsini, zərərçəkmiş tərəf də şikayət edərək oxşar tələb irəli sürüb.

İş icraata qəbul edilib və ilkin baxış iclası iyunun 20-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 1492 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +