Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


12.09.2023  17:26 

Adamı vərəmlədən səbəblər - Ağır bəladan necə xilas olmalı?





A+  A-

Vərəm mikobakteriyaları orqanizmə əsasən, aerogen(90-95%), alimentar, kontakt, transplasentar yollarla yoluxur.

Aerogen yol üstünlük təşkil etdiyinə görə, infeksiya qapısına uyğun olaraq, daha çox ağciyərlər zədələnir. Xəstəlik hava-damcı yolu ilə (vərəmin açıq formasından əziyyət çəkən şəxsin asqırması, öskürmnəsi, onunla təmas zamanı və danışarkən) yoluxur. Yoluxma simptomsuz keçir. Hər vərəmə yoluxan şəxs mütləq xəstələnmir. Yoluxanların 10 nəfərindən biri aktiv xəstəyə çevrilir ki, bunlar da daha çox risk qrupuna aid olan şəxslərdir.

Risk qrupuna uşaqlar, xüsusən vərəm əleyhinə peyvənd olunmayanlar daxildır. Bu qrup uşaqların orqanizmi daxil olan vərəm mikobakteriyanı yad agent kimi qəbul etmir, infeksiya ilə mübarizə aparmaq üçün antitel ifraz olunmur və infeksiya çox rahat şəkildə ağciyərlərə nüfuz edir.

Böyüklər arasında vərəmlə yoluxmaya görə risk qrupuna daxildir:

- yaşlılar,
- xroniki xəstəliklərdən əziyyət çəkənlər (şəkərli diabet, autoimmun xəstəlikləri və s.),
- onkoloji xəstələr,
- immunosupressiv dərman preparatları qəbul edənlər,
- ağır cərrahiyyə əməliyyatı keçirənlər,
- siqaret çəkənlər.

Vərəmin qarşısını almaq üçün ilk növbədə kontaktlar, yoluxmuş şəxslər, xüsusən risk qrupuna daxil olan şəxslər aşkarlanmalıdır.

Xəstələr maarifləndirilməli, öz xəstəliyi haqqında ətraflı məlumat almalıdırlar. Onlara xəstəliyin vaxtında aşkarlanmasının, yuxarıda qeyd olunan qaydalara riayət edilməsinin müalicə üçün faydalı olduğu aşılanmalıdır.

Yeni aşkar olunmuş xəstə vərəm olduğunu biləndə psixoloji gərginlik yaşayır, ətrafdan təcrid olunur, onda yaxınlarını yoluxdurma qorxusu yaranır. Eyni zamanda ailə üzvləri ondan çəkindikləri üçün həmin şəxs depressiyaya düşür.

Kontaktlar, yoluxmuş şəxşlər vaxtında aşkarlanarsa, aktiv xəstələr uygun ünvanlara yönəldilırsə, düzgün maarifləndirilərsə, müalicə taktikası doğru olarsa, vərəmə yoluxanların və aktiv xəstələrin sayı azalar.

Buna görə də yoluxmuş şəxslər xəstəlikləri barədə dolğun bilgilərə sahib olmalıdırlar. Onlar öz xəstəliklərindən qorxmamalı, utanmamalı və bunu gizlətməməlidirlər. Belə olduqda həmin şəxslər həm özlərini xilas edər, həm də ətrafa ziyan verməz və başqalarını yoluxdurmazlar.

Vərəmdən qorxmayın, Vərəmə Qalib gəlin!


Şəfa Vəliyeva
Ftiziatr - pulmonoloq,
Azərbaycan Tibb Universiteti Ağciyər xəstəlikləri kafedrasının assistenti


Bu yazı “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ““Vərəmə qalib gəl” devizi altında elektron təşviqat marafonu vasitəsilə vərəm xəstələrinin sosial-tibbi və psixoloji reabitasiyasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.


Xəbər 2186 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +