Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


09.07.2021  09:05 

Argentina Prezidenti Boliviyadan üzr istədi





A+  A-

Argentina Prezidenti Alberto Fernandes ölkəsinin keçmiş dövlət başçısının administrasiyasının Boliviyanın müvəqqəti hökumətinə etirazların yatırılması üçün xüsusi vasitələr verdiyi üçün qonşu ölkədən üzr istəyib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fernandesin boliviyalı həmkarı Luis Arseyə ünvanladığı məktubda deyilir.

“Hər şeydən əvvəl mən sizin hökumətinizdən və xalqınızdan bütün argentinalılar adından üzr istəmək istəyirəm”, - sənəddə qeyd olunur.

Fernandesin sözlərinə görə, Makri hökumətinin hərbi və polis repressiyalarına yardım etməsi onun üçün ağrılı və utancverici idi.

Daha əvvəl Boliviya XİN başçısı Rohelio Mayta bildirib ki, ölkə hakimiyyəti müəyyənləşdirib ki, Argentinanın keçmiş hökuməti 2019-cu ilin noyabrında Moralesin istefasından sonra etirazları yatırmaq üçün qonşu ölkənin müvəqqəti hökumətinə xüsusi vasitələr verib.

Xəbər 2317 dəfə oxunub.



02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +