Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


26.01.2021  10:32 

Evindən 6 kiloqram heroin tapıldı





A+  A-

Yardımlı rayon sakininin Bakıda yaşadığı evindən 6 kiloqram heroin aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yardımlı rayon sakini Rüstəm Ağayev Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu ərazisində saxlanılıb.

Onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram narkotik vasitə olan heroin və 105 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

R.Ağayevin həmin narkotik vasitəni Şəhruz adlı İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1907 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +