Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


26.04.2018  13:57 

Bakıda kassanı soydular





A+  A-

Aprelin 23-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Xətai rayonu ərazisindəki mağazaların birindən quldurluq yolu ilə pul aparılması barədə müraciət daxil olub.
XəzərNews.az xəbər verir ki, məlumatla əlaqədar darhal Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, gecə saat 1 radələrində G.Mehmandarov küçəsindəki mağazaya gəlmiş 2 maskalı şəxs satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək kassadakı 230 manat pulu aparıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 35-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1538 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +