Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


05.06.2017  17:19 

Daha bir sayta xəbərdarlıq





A+  A-

Baş Prokurorluq daha bir sayta xəbərdarlıq edib.
XəzərNews.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Politico.az” internet portalında yayılmış məlumatda ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün hər cür qəsdlərdən qorunub saxlanılması sahəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaqla və ictimai rəyi çaşdırmaqla, durmadan güclənən, ən müasir standartalara cavab verən hərbi texnika ilə təmin edilmiş, yüksək hərbi təhsili, mənəvi hazırlığı və döyüş qabiliyyəti olan peşəkar zabit və əsgərlərə malik Azərbaycan ordusu barədə yalan və qərəzli informaiyalar ictimailəşdirilib.

Qeyd edilənlərlə əlaqədar portalın baş redaktoru Əsəd Əliyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən kütləvi informasiya vasitələrindən sui-istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə qanunvericiliyin tələblərinə zidd yalan və qərəzli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xəbər 1531 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +