Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


25.05.2017  14:07 

Samir Şərifov hər şeyi təkzib edir... - RƏSMİ





A+  A-

Azərbaycan Maliyyə Nazirliyi Londonda maliyyə naziri Samir Şərifovla Qazaxıstanın Milli Bankının sədri Daniyar Akişev arasında keçirilmiş görüşə dair bu gün informasiya agentliklərindən biri tərəfindən yayılmış xəbəri təkzib edib. Həmin xəbərdə deyilirdi ki, Qazaxıstan Milli Bankının sədri bu ölkənin Vahid Yığım Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılmış 250 milyon dollarının geri qaytarılmasına dair üç variant təklif edib. Lakin Samir Şərifov bildirib ki, Qazaxıstan Milli Bankının bu pulu geri tələb etməyə hüquqi əsasə yoxdur və təkliflər qəbul edilmir.
Bu məlumatla bağlı Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, Samir Şərifovun Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev arasında hər hansı görüş keçirilməyib.

Piriyev əlavə olaraq bildirib ki, ümumiyyətlə ötən gün kreditorlarlar ilə keçirilən görüşdə Qazaxıstan Milli Bankının sədri iştirak etməyib, Beynəlxalq Bankın restrukturizasiya proqramının təqdimatı çərçivəsində S.Şərifovun xarici kreditorlarla hər hansı təkbətək görüşü də keçirilməyib. Maliyyə nazirinin yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovla birgə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən “Bloomberg”, “Reuters”, “Financial Times”, “The Wall Street Journal” və başqaları, eləcə də “Fitch Ratings”, “Standard & Poor`s” və “Moody`s” beynəlxalq reytinq agentliklərinin nümayəndələri ilə görüşləri keçirilib.

O ki qaldı Londonda ABB-nin bütün kreditorlarına, o cümlədən Qazaxıstan Milli Bankına təqdim olunmuş xarici kreditorlar qarşısında olan öhdəliklərin restrukturizasiyası proqramının detallarına M. Piriyev bildirib ki, bu barədə ABB-nın dünən, mayın 23-də yaydığı press-relizdə ətraflı məlumat verilib.

Bəzi mətbu orqanlarda investorlara istinadən ortaya atılan “investorların qırxılması” xəbərinə də münasibət bildirən mətbuat katibi deyib ki, əksinə Beynəlxalq Bankın kreditorlarına bankın onlara olan borcunun əvəzinə daha yüksək kredit reytinqinə və etibarlılığa malik Azərbaycan dövlətinin xarici valyutada istiqrazlarının verilməsi təklifi həmin kreditorların mənafeyinə xidmət edəcək.

M.Piriyev restrukturizasiya proqramının elan olunmasının Azərbaycanın uzunmüddətli maliyyələşməsinə mənfi təsirinin olacağı barədə iddiaları da şərh edib: “11 may tarixində ABB-nın sağlamlaşdırılmasının növbəti mərhələsinin başlanması ilə əlaqədar məlumatların dərcindən sonra Azərbaycanın xarici bazarlarda ticarət olunan dövlət qiymətli kağızlarının gəlirliliyində, əsasən də spekulativ addimlar səbəbindən müəyyən artım (4.35% səviyyəsindən 4.61% səviyyəsinədək) müşahidə olunsa da 23 may tarixində restrukturizasiya planının ətraflı açıqlanmasından sonra qeyri-müəyyənlik aradan qalxdığından gəlirlilik dərəcəsi əvvəlki səviyyəyə qədər enmiş və hal-hazırda 4.35-4.40% həddində ticarət olunur. Bu isə Azərbaycan dövlətinin buraxdığı istiqrazlara marağın yüksək qalmasının göstəricisidir”.

(virtualaz.org)

Xəbər 2092 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +