Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


24.05.2017  23:48 

Həkim əməliyyat adı ilə xəstəni aldadıb - VİDEO





A+  A-

Sumqayıtda Rzayevlər ailəsi həkim saxtakarlığı ilə üzləşib. Onlar böyrək çatışmazlığından əziyyət çəkən gəlinlərini əməliyyat üçün bel bağladıqları həkimin dələduzluğuna düçar olublar.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Türkiyəyə əməliyyata xəstə aparmaq üçün Bakıda ofis tutan həkim onların 30 min dollar pulunu alaraq aradan çıxıb. İndi ailə çarəsiz qalıb, 3 ildir nə həkim tapılır, nə də pul.
Türkiyəyə əməliyyata xəstə aparmaq üçün Bakıda ofis tutan həkim dələduz çıxıb. Həkimə inanıb əməliyyata lazım olan 30 min dolları düzüb-qoşan pasient 3 ildir ortalıqda qalıb. Nə əməliyyat həyata keçirilib, nə də pul qaytarılır.
Sumqayıtda yaşayan 46 yaşlı Səidə Rzayeva böyrək çatışmazlığından əziyyət çəkir. 3 il əvvəl həyat yoldaşı onun müalicə və müayinəsi üçün Bakıda bir iş mərkəzində ofisi olan Ramiz Quluzadə adlı həkimlə tanış olub. Ramiz Quluzadə əməliyyatın Türkiyədə keçiriləcəyini və bunun üçün 30 min dollar lazım olduğunu deyib.
Türkiyədə müayinədən sonra Ramiz Quluzadə yenidən hərəkətə keçib, pulun qalanını da onlardan alıb. Əməliyyat baş tutmayanda isə ailə narahat olaraq Ramiz Quluzadə ilə tez-tez əlaqə saxlayıb. Lakin bir müddət sonra həkimi tapmaq mümkün olmayıb. Səidə Rzayevanın həyat yoldaşı Cahangir Rzayev deyir ki, arada internet vasitəsi ilə əlaqə saxlasalar da Ramiz Quluzadə bir müddət yalançı vədlər verdikdən sonra yoxa çıxıb.
Cahangir Rzayev deyir ki, əməliyyat üçün lazım olan vəsaiti çox çətinliklə əldə edib. Hətta anası da pensiyasını toplayaraq gəlininin əməliyyatı üçün ona verib.
Rzayevlər ailəsi 3 ildir əlacsız qalıb. Əgər həkim pullarını qaytarsa 3 ildir gözləyən xəstə əməliyyat olunaraq tam sağala bilər. Hadisə ilə bağlı aidiyyətı qurumlara da müraciət edilib. Bakıda Xətai rayon Polis İdarəsində bununla bağlı araşdırma aparıldığı bildirilib.


Xəbər 1392 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +