Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


20.10.2023  20:16 

Metrodakı sıxlığın səbəbi məlum oldu...





A+  A-

Bu gün axşam saatlarında Bakı metrosunun bəzi stansiyalarında - xüsusən də “28 may”da sıxlıq müşahidə olunub.

“Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarın qapısına isə sərnişin müdaxiləsi olub.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

“Bu zaman maşinistin idarəetmə lövhəsində dərhal müvafiq siqnal işə düşüb. Bu səbəbdən maşinist qatara baxış keçirib, sonra bütün məsələlər qaydasında olub və o, yoluna davam edib. Sonradan təkrar eyni hal yaranıb və qatar xəttin ortasında olduğundan onun xətdən çıxarılması zərurəti yaranıb. Qatar elektrik deposuna göndərilib, onun əvəzinə dərhal xəttə başqa qatar verilib. Nəticədə qatarın hərəkətində intervaldan əlavə 4 dəqiqə gecikmə yaranıb”, - B.Məmmədov deyib.

Xəbər 1220 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +