Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


23.08.2023  17:27 

“Üçüncü dəfədir gəlirəm, amma müdirin qəbuluna düşə bilmirəm“





A+  A-

Lənkəran-Astara Regional Təhsil İdarəsindəyəm, üçüncü dəfədir ki, gəlirəm, amma idarə müdirinin qəbuluna düşə bilmirəm.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış müəllim Bilal Alarlı çıxış edib.

B.Alarlı qeyd edib ki, altı rayonun təhsil sektoru bu rayonun tabeliyindədir, hər sektorun da yüzdən çox məktəbi var:

"Məktəblərin bütün problemləri burada, regional idarədə həll olunur, sektor müdirlərinin adi süpürgəçini belə işə götürmək səlahiyyəti yoxdur. Regioanal idarə müdirinin qəbul vaxtı isə hər həftənin üçüncü günündə saat 15-00-dan 18-00-dəkdir. Cəmi 3 saat ərzində bütün qəbula yazılanları dinləmək, həll etmək sadəcə mümkün deyil, buna görə qəbula gəlib burada saatlarla vaxt itirənlər narazılıq edirlər".

B.Alarlı qeyd edib ki, mən isə hələ də gözləyirəm və belə baxıram ki, bu həftə də idarə müdirinin qəbuluna düşə bilməyəcəyəm, artıq qəbul vaxtı bitmək üzrədir, qəbulda isə 20-dən çox adam növbə gözləyir:

"Bu da regional idarəetmənin "müsbət" tərəfləri!"

İsmayıl Niftiyev
XəzərNews.az


Xəbər 1487 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +