YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


25.03.2023  16:39 

Oruca nə vaxt və necə niyyət edilməlidir?





A+  A-

Orucun şərtlərindən biri niyyətdir. Niyyətsiz oruc səhih deyil. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır.

Oruca iki vaxtda niyyət etmək olar:

1. Axşamdan etibarən günorta vaxtına qədər niyyət edilən oruclar. Ramazan orucu, müəyyən günlərdə tutulması əhd edilən (nəzir) oruclar və nafilə oruclara gecə imsak vaxtından əvvəl niyyət edilə biləcəyi kimi günortaya qədər də niyyət edilə bilər. Gecə niyyət etmək daha fəzilətlidir.

Gündüz edilən niyyətin caiz olması üçün, imsak vaxtından sonra orucu pozan şeylərdən uzaq durmaq və nə isə yeyib-içməmək lazımdır. Orucu pozan (və ya oruca zidd) hər hansı bir iş görüldüyü təqdirdə gündüz edilən niyyət caiz deyil.

2. İmsak vaxtından əvvəl gecə niyyət edilən oruclar. Bunlar qəzaya qalan və başqa vaxt tutulan Ramazan orucu və bütün kəffarə oruclarıdır. Həmçinin başlanıb pozulan nafilə orucların qəzası və mütləq olaraq (zamanı təyin olunmayan) nəzir oruclarına da gecə niyyət edilməlidir. Bu oruclar üçün müəyyən vaxt təyin olunmadığından imsak vaxtından əvvəl gecədən niyyət etmək lazımdır. Həmin oruclara dan yeri ağardıqdan yəni imsak vaxtı keçdikdən sonra niyyət etmək olmaz.

Hər hansı bir oruca niyyət edərkən, “Niyyət etdim Allah rizası üçün oruc tutmağa” demək kifayətdir.

Ramazan orucuna nə vaxt niyyət etmək lazımdır?

Ramazan orucuna axşamdan etibarən günorta namazına qədər niyyət etmək olar. Sahur yeməyini yedikdən sonra da niyyət etmək mümkündür. Ancaq sahurda yatıb qalaraq imsak vaxtından sonra oyanan şəxs günəş çıxmış olsa belə günortaya qədər həmin günün orucuna niyyət edə bilər. Yetər ki, imsak vaxtından sonra orucu pozacaq bir şey etməsin.

Sabah oruc tutacağını axşam namazından sonra ürəyindən keçirən şəxs artıq sabahkı oruca niyyət etmiş sayılır. Oruc tutmaq düşüncəsi ilə sahur yeməyinə qalxanın bu düşüncəsi də niyyətdir. Oruca qəlb ilə niyyət etmək kifayətdir. Ancaq qəlb ilə edilən bu niyyəti dil ilə söyləmək daha yaxşıdır. Bu səbəblə, oruc tutacaq şəxs, həm ürəyində niyyət etməli, həm də dili ilə, “Niyyət etdim Ramazan ayının sabahkı orucuna“, deməlidir. Hər günün orucuna ayrıca niyyət etmək lazımdır.

Xəbər 4922 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +