“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.02.2019  18:11 

Keçmiş ANS-çinin ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI





A+  A-

Bir neçə gün əvvəl itkin düşmüş Gəncə sakini 1990-cı il təvəllüdlü Pərviz Quliyevin Sumqayıtda dəniz kənarında asılmış vəziyyətdə meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb.
XəzərNews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, meyit müayinə olunmaq üçün Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təqdim edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xatıladaq ki, fevral ayının 22-dən itkin düşən düşən Pərviz Quliyevin meyiti bu gün Sumqayıtda "Mayak" adlanan ərazidə aşkarlanıb. P.Quliyev sonuncu dəfə metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.

Xəbər 1405 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +