Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


24.02.2020  12:43 

Tramp ilk dəfə Hindistana getdi





A+  A-

ABŞ Prezidenti Donald Tramp Hindistana ilk dəfə rəsmi səfər edib.
XəzərNews.az “BBC”yə istinadən xəbər verir ki , Amerika liderini hava limanında Baş Nazir Parendra Modi qarşılayıb.

Tramp Hindistana getməzdən öncə qeyd edib ki, bu, uzun bir səfər olacaq: “Hindistan xalqının yanında olmaq üçün səbrsizlənirəm. Biz milyonlarla insanın görüşünə gələcəyik.Mənim Baş Nazirlə çox yaxşı münasibətim var, o, mənim dostumdur”.

Ziyarət zamanı ticari məsələlər çox güman müzakirə olunmayacaq.

Qeyd edək ki, ABŞ Hindistanın ən böyük ticarət partnyorlarından biridir. İki dövlət arasındakı qarşılıqlı ticarət dövriyyəsi 142 milyard dollar təşkil edir.

Ölkələr arasında siyasi və strateji əlaqələrə baxmayaraq, ticarət məsələri ilə bağlı gərginlik yaşanmaqdadır. Belə ki, ABŞ 2019-cu ilin iyununda bəzi hind məhsullarının ABŞ-a vergisiz idxalını təmin edən imtiyazlı ticarət statusunu ləğv edib.

Bu hadisə isə iki ölkə arasında diplomatik gərginliyə səbəb olub. Bundan sonra Hindistan da 28 ABŞ məhsuluna cavab tarifləri tətbiq edib.

Xəbər 1932 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +